9, 10 və 11-ci sinif şagirdləri üçün — Asimovun Robot Qanunları • Süni intellekt • Kosmos • Etika
Gələcək artıq uzaq deyil. Süni intellekt və android robotlar, Asimovun “Mən, Robot” əsərindəki kimi, etik dilemmalarla üzləşəcək. Bu müsabiqə ilə sən də gələcəyi düşün, yaz və formalaşdır!
Yalnız Mərhələ 1-i uğurla keçən komandalar Mərhələ 2-yə dəvət olunur.
Komandalar əsas konsepti təqdim edir: hekayənin ideyası, elmi əsas, etik dilemma və Asimov qanunlarına təklif olunan dəyişikliklər (maksimum 800 söz).
Təsdiqlənmiş konsept əsasında tam hekayə (maksimum 2000 söz, ingilis dilində) və kosmik məkanın vizual illüstrasiyası.
ChatGPT, Claude, Gemini, Midjourney və s. yaradıcı məzmun (ideya, hekayə, illüstrasiya) üçün qadağandır. Aşkar edildikdə komanda dərhal diskvalifikasiya olunur. Bütün işlər komandanın orijinal əməyi olmalıdır. Hər təqdimatla birlikdə qısa orijinallıq bəyannaməsi təqdim edilir.
Fizika, astronomiya və informatika biliklərini orijinal elmi-fantastik hekayədə tətbiq et.
Süni intellekt və robototexnika ətrafında real etik dilemmaları araşdır, tənqidi yanaşma qazan.
3 nəfərlik komandada rol bölgüsü, əməkdaşlıq və layihə idarəetməsi təcrübəsi qazan.
Qalib hekayələr onlayn platformada nəşr olunur; pul mükafatları və sertifikatlar var.
Qiymətləndirmə anonimdir: Mərhələ 1 — 40 bal, Mərhələ 2 — 100 bal. Jüri universitet müəllimlərindən (Kompüter elmləri, Astronomiya, İngilis dili, Vizual sənət, Etika) ibarətdir.
Komandanı yarat, qeydiyyatdan keç və ödənişi tamamla — yerin təsdiqlənsin.
Qeydiyyatdan keç & Öde — 75 AZN →